Braziliyada televiziya jurnalisti Beatriz Casadei, səhər xəbərləri proqramı Balanco Geral üçün reportaja çıxarkən velosipedli bir oğru tərəfindən telefonu əlindən alındı.
Sonxeber.az xarici mediaya istinadən xəbərverir ki, o anlar kameraya da düşüb.
Videoda Beatriz telefonu tutarkən, velosipedli şəxs ani hərəkətlə telefonunu götürüb və sürətlə uzaqlaşıb. Jurnalist hadisə qarşısında şoka düşüb.
Hadisədən sonra Beatriz polislə əlaqə saxlayıb və xoşbəxtlikdən yaralanmayıb. Sosial mediada yayılan görüntülər oxşar halların Braziliyada əvvəllər də baş verdiyini xatırladıb.
Keçən ay jurnalist Clara Nery də canlı yayım öncəsi telefonu oğurlanmağa çalışılanda kameraya düşmüşdü.