Bursada 1928-ci ildə Ulus Şirniyyat Evinin təsisçisi Rasim Öztat, iş yerinə özəl olması üçün əl bacarığı ilə xüsusi bir şirniyyat hazırladı. Dörd qatlı olan bu şirniyyata "Mareşal" adını verdi, o dövrdə ABŞ-ın məşhur "Marshall" yardımları təsiri ilə isə xalq arasında "Marşal" olaraq tanındı. Ulus Şirniyyat Evinin açıqlamasına görə, Marşalın ilk reseptini Rasim Öztat hazırladı, dad və forma verərək adlandırdı. Övladları və nəvələrinin təşəbbüsü ilə "Marşal" və "Marshall" adları ilə marka qeydiyyatı alındı və bu əsrlik dad adı ilə marka qorundu.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son dövrlərdə isə başqa bir şirniyyat evi, bu şirniyyatın yaradıcısının özü olduğunu müştərilərinə təqdim etməsi və xalqı yanıltmağa çalışması səbəbilə Ulus Şirniyyat Evi, tarixinə özünü ortaq etmək istəyən və bu mirası ələ keçirməyə çalışan həmin firma haqqında hüquqi mübarizə başladı.
Açıqlamada bildirilir ki, sözügedən firma, Ulus Şirniyyat Evinin 6 may tarixli açıqlamasından sonra, ictimai reaksiya ilə şirniyyatın adını dəyişsə də, buna baxmayaraq özünün yaratdığı orijinal markanın qeydiyyatını almaq yerinə, başqasının tarixində yer almağı, başqasının uğur hekayəsinin bir parçası olma yolunu seçmiş və öz adının yanına Ulus’a aid Marşal markasını əlavə edərək qeydiyyat müraciəti etmişdir.
Ulus Şirniyyat Evi tərəfindən edilən şikayət nəticəsində marka pozuntusu səbəbilə həmin firmaya qarşı məhkəmə işi açıldı. Açıqlamada markanın önəmi və dəyəri ilə bağlı bunlar qeyd olundu:
"Öz hekayəni yazmazsan, başqasının hekayəsində figüran olursan; başqasının sətir aralarında itirsən; başqasının ssenarisində yan rol oynayarsan. Marşal markası 100 illik yaddaş və mirasdır. Marşal yalnız bir ad deyil, tarix, əmək və orijinallıqdır. Biz öz hekayəmizi yazdıq, kölgələrə yer yoxdur".
Ulus Şirniyyat Evi, markalarının dəyərini qorumaq və tarixə sahib çıxmaq üçün hüquqi prosesləri davam etdirəcəyini vurğuladı.