Son xəbərlər
Son xəbərlər

Hərbi prokuror şəhidin ailə üzvləri ilə görüşüb

Hərbi prokuror şəhidin ailə üzvləri ilə görüşübAzərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə birlikdə şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun ailə üzvləri ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a verlən məlumata görə, görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğının göstərildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın onlara hər zaman dəstək olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından və xalqımızın əzmkarlığından bəhs edilib.

Şəhid P. Teymurovun ailə üzvləri daim diqqətdə saxlanıldıqlarına və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də aidiyyəti dövlət qurumlarına minnətdarlıqlarını ifadə ediblər.
Hərbi prokuror şəhidin ailə üzvləri ilə görüşübHərbi prokuror şəhidin ailə üzvləri ilə görüşübHərbi prokuror şəhidin ailə üzvləri ilə görüşübHərbi prokuror şəhidin ailə üzvləri ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 290   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife