Son xəbərlər
Son xəbərlər

48 yaşlı Şakiranın makiyajsız görüntüsü gündəm oldu - FOTOlar

48 yaşlı Şakiranın makiyajsız görüntüsü gündəm oldu - FOTOlarKolumbiyalı dünya ulduzu Şakira, Meksikanın Kabo şəhərində dincələrkən obyektivlərə makiyajsız halda tuş gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 48 yaşlı müğənni, metal çəhrayı rəngli muncuqlu bikini ilə fit bədənini nümayiş etdirib.

"Hips Don’t Lie" mahnısı ilə məşhur olan sənətçi, qum üzərində uzanaraq istirahət edib, bir müddət meditasiya edirmiş kimi görüntülənib. Günün sonrakı saatlarında isə okeana girən Şakira, qıvırcıq karamelli sarı saçlarını yığaraq dənizdən çıxıb. Daha sonra əşyalarını böyük qırmızı çantasına toplayan ifaçı, üzərinə çəhrayı tonlarda örtük geyinib.

İki uşaq anası olan müğənni, hazırda "Las Mujeres Ya No Lloran" adlı dünya turuna qısa fasilə verib. Avqustun 23-də Monterrey şəhərində səhnəyə çıxacaq Şakira, turu ilə 2025-ci ilin bilet və gəlir baxımından ən böyük qadın turu rekordunu qıraraq Beyons və Ledi Qaqanı geridə qoyub.
48 yaşlı Şakiranın makiyajsız görüntüsü gündəm oldu - FOTOlar48 yaşlı Şakiranın makiyajsız görüntüsü gündəm oldu - FOTOlar48 yaşlı Şakiranın makiyajsız görüntüsü gündəm oldu - FOTOlar


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 801   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife