Son xəbərlər
Son xəbərlər

Polis maşınına silahlı hücum: 2 qohum yaralandı

Polis maşınına silahlı hücum: 2 qohum yaralandıTürkiyədə Şanlıurfanın Siverek rayonunda daha əvvəl iştirak etdikləri bir hadisəyə görə barələrində məcburi gətirmə qərarı çıxarılan Yılmaz Sımaklı (44) və qohumu Necati Sımaklı (39), polis maşınında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Siverek Məhkəməsinin qarşısında baş verib. İşləmələri tamamlanan iki qohum polis tərəfindən avtomobilə mindirildiyi anda kimliyi hələ müəyyənləşdirilməmiş şəxslər tərəfindən atəşə tutulub.

Atəş nəticəsində iki qohum yaralanıb, polis maşını isə zədələnib. Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları yaralıları Siverek Dövlət Xəstəxanasına aparıb.

Polis, hücumu törədərək hadisə yerindən qaçan şübhəlilərin tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 306   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife