Gecəyarısı Bahama adalarından ABŞ-a qayıdan kruiz laynerində onlarla sərnişinin iştirak etdiyi kütləvi dava olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kruiz gəmisində qəzəbli sərnişinlər arasında baş verən kütləvi dava, şahidlərin sözlərinə görə, "toyuq kotletləri" ilə bağlı narazılıqdan başlayıb.
KİV-də yayılan videoda təxminən iyirmi dava edən sərnişinin bir-birinə şiddətlə hücum etdiyi, ətrafda isə turistlərin toplaşaraq baxdığı görünür.
Yalnız mühafizəçilərin müdaxiləsindən sonra dava iştirakçılarını sakitləşdirmək olub.