Son xəbərlər
Son xəbərlər

Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib

Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edibUkrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Fransa raket hücumundan müdafiə sahəsində işləməyə hazırdır. Biz həmçinin Rusiyanın hücumlarının dəf edilməsi üzrə imkanlarımızın gücləndirilməsini müzakirə etdik. Hava Hücumundan Müdafiəmizi gücləndirməyə hazırlığınıza görə təşəkkür edirəm", - o qeyd edib.

V.Zelenski həmçinin Fransa lideri ilə Ukraynanın avrointeqrasiyası və yaxın vaxtlarda bütün danışıqlar klasterlərinin açılması məsələlərini müzakirə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 229   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife