Son xəbərlər
Son xəbərlər

İranın dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən gəmilərin sayı açıqlanıb

İranın dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən gəmilərin sayı açıqlanıbABŞ hərbçilərinin İran ətrafında tətbiq etdiyi dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən ticarət gəmilərinin sayı 78-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb.

"78 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, dörd gəmi isə blokadanın təmin edilməsi məqsədilə fəaliyyətsiz vəziyyətə gətirilib", - deyə paylaşımda bildirilir.

ABŞ hərbçiləri İranın dəniz blokadasına aprelin 13-də başlayıblar. Mərkəzi Komandanlıq bəyan edib ki, İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərini tərk etməyə çalışan bütün gəmilərin qarşısını almaq niyyətindədir.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ-ni "piratlıq" və "terrorçuluq"da ittiham edib.

Onun sözlərinə görə, Vaşinqton ticarət gəmilərini ələ keçirməklə və heyət üzvlərini saxlayaraq faktiki olaraq piratlar kimi davranır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 254   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife