Son xəbərlər
Son xəbərlər

Boks üzrə ölkə çempionunun meyiti tapıldı

Boks üzrə ölkə çempionunun meyiti tapıldıSumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.

Sonxeber.az Axşam.az "Unikal"a istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb.

Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbinin yetirməsi olub və dəfələrlə boks üzrə respublika çempionu olub.

Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 481   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife