Son xəbərlər
Son xəbərlər

Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTO

Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTOBakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılmasında gecikmələr müşahidə edilir. Nəticədə bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTONormanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTONormanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 329   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife