Son xəbərlər
Son xəbərlər

Fatima Bintu Sirlif: Liberiya ölkə paytaxtındakı sıx məskunlaşmanı aradan qaldırmağa çalışır

Fatima Bintu Sirlif: Liberiya ölkə paytaxtındakı sıx məskunlaşmanı aradan qaldırmağa çalışırLiberiyanın paytaxtı Monroviya şəhəri sıxlığa görə böhran həddindədir, hazırda hökumət bunu aradan qaldırmağa çalışır.

"Report" xəbər verir ki, bunu Liberiyanın Yerli İdarəetmə Nazirliyində Şəhər işləri üzrə nazir müavini Fatima Bintu Sirlif Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, Monroviyada əhali həddindən çox sıx məskunlaşıb:

"Qonşularımızla sıx əməkdaşlıq edirik ki, bu mənzil böhranı keçmişdə qalsın. Biz burada danışıqlar aparmaq və digər ölkələrlə əlaqələr qurmaq üçün iştirak edirik. Məqsəd onların bu sahədə gördüyü işləri öyrənmək, məlumatlılığı artırmaq və xalqımız üçün mənzillər yaratmaqdır. Hazırda Liberiya hökuməti paytaxtdakı sıxlığın aradan qaldırılması məqsədilə şəhərətrafı ərazilərdə mənzil tikintisi layihəsinə başlayıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 221   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife