"İyul ayında Yeni Şəhər Gündəliyinin ortamüddətli icmalı nəzərdən keçiriləcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hökumətlərin Ümumdünya Assambleyasında deyib.
O bildirib ki, 2030 hədəflərinə nail olmaq üçün Bakıda keçirilən WUF13-ün əhəmiyyəti böyükdür:
"Bu proses yerli və regional hökumətlərin izləmə və qiymətləndirmədə rolunu da nəzərdə tutur. 2026-2029-cu illəri əhatə edən yeni Strateji Plan mənzil məsələlərinə, mənzilə çıxışa, əsas xidmətlərə çıxışa və qeyri-formal yaşayış məntəqələrinin transformasiyasına fokuslanır. Bu isə birbaşa olaraq bu il nəzərdən keçirilən SDG 11 və SDG 6 ilə yanaşı, digər Dayanıqlı İnkişaf Məqsədləri ilə də əlaqəlidir".
Telegramda izləyin