Hindistan üçün nəzərdə tutulmuş mayeləşdirilmiş təbii qaz (LPG) daşıyan tanker ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri ilk dəfə Hörmüz boğazından keçib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi dəniz daşımalarını izləyən şirkətlərin məlumatlarına istinadən xəbər verib.
Söhbətin BƏƏ-nin "Adnoc Logistics & Services" şirkətinə məxsus "Al Hamra" tankerindən getdiyi bildirilir. Gəmi aprel ayında Hörmüz boğazının girişində olub və aprelin 19-da heyət transponderləri söndürüb. Ötən gün isə tanker artıq Hind okeanında olarkən ötürücüləri yenidən işə salıb.
"Kpler" şirkətinin məlumatına görə, tanker Fars körfəzindəki Das adasında yerləşən ADNOC şirkətinin müəssisəsində qazla doldurulub.
Telegramda izləyin