Son xəbərlər
Son xəbərlər

Bild: Almanların əksəriyyəti Bundesverin ölkəni müdafiə edə biləcəyinə inanmır

Bild: Almanların əksəriyyəti Bundesverin ölkəni müdafiə edə biləcəyinə inanmırAlmanların böyük əksəriyyəti Bundesverin ölkəyə hərbi hücum olacağı təqdirdə Almaniyanı müdafiə edə biləcəyinə inanmır.

"Report" xəbər verir ki, bunu Bild qəzetinin sifarişi ilə "INSA" sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin yalnız 17%-i Bundesverin ölkəni müdafiə etmək üçün kifayət qədər qabiliyyətli olduğuna inanır. Sorğuda iştirak edənlərin 72%-i əks fikirdə olub, digər 11%-i isə qərarsız qalıb.

Eyni zamanda, almanların yalnız 35%-i ABŞ-ın hərbi dəstəyinə güvənir, 43%-i isə Almaniyaya hücum halında amerikalıların bunu təmin etməyəcəyinə inanır. Sorğu həmçinin müəyyən edib ki, almanların əksəriyyəti - 50%-i - Rusiyanın Almaniyaya hücum edəcəyinə inanmır. Otuz səkkiz faizi bundan narahat olduqlarını, daha 12%-i isə qərarsız olduqlarını bildirib.

1005 nəfərin iştirak etdiyi sorğu 21-22 may tarixlərində aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 147   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife