Son xəbərlər
Son xəbərlər

Müsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb

Müsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıbABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar.

"Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.

Ağ Ev rəhbəri daha əvvəl Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışdığını və onlarla İranla sülh müqaviləsinin bir hissəsi olaraq anlaşma memorandumunun layihəsini müzakirə etdiyini bildirib.

"Regional mənbə bildirib ki, şənbə günü Trampla telefon danışığında iştirak edən bütün ərəb və müsəlman liderləri onu müharibəyə son qoymaq və bölgədəki gərgin vəziyyəti azaltmaq üçün razılaşmanı qəbul etməyə çağırıblar", - deyə o, yazıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 172   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife