Son xəbərlər
Son xəbərlər

Ermənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilib

Ermənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilibİrəvanda məhkəmə deputatlığa namizəd Andranik Tevanyanın 2 ay müddətinə həbs olunması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Daha əvvəl təqsirləndirilən şəxsin vəkili Aram Orbelyan bildirib ki, işin materiallarında dövlət sirrinin toplanması və ötürülməsinə dair hər hansı element yoxdur və bu səbəbdən cinayət işi əsassızdır.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan" partiyasından deputatlığa namizəd daha əvvəl dövlətə xəyanətdə ittiham olunub.

Ötən gün Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorluğa cinayət təqibinə başlamağa icazə verib. İrəvanın Avan və Nor-Nork rayon məhkəməsi bu gün istintaqın qətimkan tədbiri haqqında vəsatətini təmin edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 126   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife