Son xəbərlər
Son xəbərlər

"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı

"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldıİtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb.

Oxu.Az CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub.

O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib.

Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb.

Məlumata görə, polis hadisə ilə bağlı araşdırma aparır. İstintaq qrupunun nümayəndəsi bildirib ki, Maklinin 15 may 2026-cı il tarixinədək olan hərəkət trayektoriyası araşdırılır, kamera görüntüləri və şahid ifadələri toplanır.

Qeyd olunur ki, aktyor "Vircin River" və "Şəhərcikdə qətl" seriallarında rol alıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 100   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife