Son xəbərlər
Son xəbərlər

Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO

Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTOBakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi, 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı oğlu Kamran Abıyevlə birgə meyiti tapılan Əbülfəz Abıyev müəllim imiş.

O, Avropa Azərbaycan Məktəbinin müəllimi vəzifəsində çalışırmış.
Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO12:24

Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 7-də saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisində dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

"Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, hadisə yerində iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

11:39

Bakıda bir ailənin 3 üzvü mənzildə dəm qazından zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. 1974-cü il təvəllüdlü Əbülfəz Əbiyev və oğlanları - 2005-ci il təvəllüdlü Nurlan Əbiyev və 2013-cü il təvəllüdlü Kamran Əbiyev dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Ə.Əbiyev və oğlu Kamran ölüblər, Nurlan Əbiyev isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

10:54

Bakı şəhərinin Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib.

Sonxeber.az "Qafqazinfo"ya istinadla bildirir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri tapılıb.

İlkin məlumata görə, ata və oğlu mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2251   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife