Son xəbərlər
Son xəbərlər

Meydanda 2-ci dəfə ürəyi dayanan - Eriksenin son durumu

Meydanda 2-ci dəfə ürəyi dayanan - Eriksenin son durumuDanimarka milli komandasının həkimi Morten Boesen ötən gün Ukrayna ilə matçda huşunu itirərək yerə yıxılan və xəstəxanaya aparılan futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, o, futbolçunun durumunun yaxşı olduğunu bildirib.

"Bu səhər Kristianla danışdım və onun vəziyyəti yaxşıdır. Eriksen ailəsinin yanındadır, əhval-ruhiyyəsi yüksəkdir. Yaxın zamanda xəstəxanadan buraxılacaq və evinə qayıda biləcək", - Boesen deyib.

Qeyd edək ki, K.Eriksen Ukrayna ilə matçın 63-cü dəqiqəsində huşunu itirmişdi. Matç ona görə təxirə salınmışdı.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 389   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife