Bir futbol matçı zamanı yaşanan qeyri-adi hava hadisəsi həm futbolçuları, həm də azarkeşləri təəccübləndirib. Qarşılaşma davam edərkən meydanın bir hissəsində günəşli hava hökm sürsə də, digər hissəsində leysan yağış yağıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, maraqlı hadisə nəticəsində futbolçular meydanın bir tərəfində quru örtük üzərində mübarizə apararkən, cəmi bir neçə metr irəlidə yağış altında qalıblar. Hava şəraitindəki bu kəskin fərq oyunun ən yaddaqalan məqamlarından birinə çevrilib.
Tribunadakı azarkeşlər və matçı ekran qarşısından izləyən futbolsevərlər eyni anda həm günəşli, həm də yağışlı havanın təsir etdiyi meydanı maraqla izləyiblər. Sosial şəbəkələrdə də geniş müzakirə olunan görüntülər qarşılaşmanın özündən daha çox diqqət çəkən anlar sırasında yer alıb.
Nadir rast gəlinən bu təbiət hadisəsi futbol tarixinin ən maraqlı görüntülərindən biri kimi yadda qalıb.
Telegramda izləyin