Son xəbərlər
Son xəbərlər

Metroda başlayan "yan baxma" davası ölümlə nəticələndi

Metroda başlayan "yan baxma" davası ölümlə nəticələndiİstanbulun Beylikdüzü rayonunda metrobusda "yan baxma" səbəbindən başlayan mübahisə faciə ilə nəticələnib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, sərnişinlər arasında yaranan gərginlik digər şəxslərin müdaxiləsi ilə sakitləşsə də, tərəflər dayanacaqda yenidən qarşılaşıblar.

Mübahisənin böyüməsi nəticəsində baş verən bıçaqlı insident zamanı 22 yaşlı Ferdi A. ağır yaralanıb.

Hadisə yerinə çağırılan təcili yardım əməkdaşları gənci xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra polis tərəfindən şübhəli bilinən ata və oğul saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 552   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife