Son xəbərlər
Son xəbərlər

Müğənni toyda azan səbəbilə musiqinin dayandırılmasına etiraz etdi: "Belə şeylər bu ölkədə olur" - VİDEO

Müğənni toyda azan səbəbilə musiqinin dayandırılmasına etiraz etdi: "Belə şeylər bu ölkədə olur" - VİDEOİstanbulun Böyükçəkməcə rayonunda keçirilən toy mərasimində səhnəyə çıxan müğənninin azan oxunduğu vaxt musiqinin dayandırılmasına etiraz etməsi sosial şəbəkələrdə geniş rezonans doğurub.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı qonaqlar azan başladığı üçün musiqinin müvəqqəti olaraq dayandırılmasını istəyiblər. Bu səbəbdən çıxışına ara verməli olan sənətçi mikrofondan qonaqlara müraciət edərək, "Azan oxunur deyə musiqini dayandırmağımızı istədilər. Bağışlayın, belə şeylər bu ölkədə olur…" ifadələrini işlədib.

Çəkilən görüntülərin sosial mediada yayılmasından sonra məsələ qısa müddətdə gündəmə çevrilib. Bir çox istifadəçi müğənninin sözlərini tənqid edərək azana və qonaqların həssaslığına hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 630   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife