Sosial şəbəkələrdə paylaşılan etiraf geniş müzakirələrə səbəb olub.
Sonxeber.az xəbər verir ki, 31 yaşlı evli qadın internetdə tanış olduğu kişi ilə cinsi məzmunlu yazışmalar apardığı zaman həyat yoldaşı tərəfindən yaxalanıb.
Qadın bildirib ki, yazışmalardan sonra əri onunla danışmağı dayandırıb. O, hadisəni ciddi xəyanət kimi qiymətləndirmədiyini deyərək, həyat yoldaşının ailəni boşuna dağıtmağa çalışdığını iddia edib.
Paylaşımda qadının ən çox diqqət çəkən sualı isə boşanma halında aliment alıb-almayacağı ilə bağlı olub. Onun "Məni boşasa, aliment ala bilərəmmi?" sualı sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.
Qısa müddətdə yayılan paylaşım minlərlə istifadəçi tərəfindən tənqid edilib. Bir çoxları qadının davranışını xəyanət kimi qiymətləndirərək, peşmanlıq əvəzinə maddi məsələləri düşünməsini qınayıb.
Telegramda izləyin