Son xəbərlər
Son xəbərlər

Pəncərələri sınmış maşından qadın meyiti tapılıb - VİDEO

Pəncərələri sınmış maşından qadın meyiti tapılıb - VİDEOTürkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda yol kənarında park edilmiş avtomobildə kişinin meyiti aşkarlanıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki,hadisə Güneşlər Mərkəz məhəlləsində baş verib. Şüşələri sındırılmış vəziyyətdə olan avtomobildə hərəkətsiz bir şəxsin olduğu barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib.

Həkimlərin müayinəsi zamanı avtomobilin arxa oturacağında olan şəxsin həyatını itirdiyi müəyyən edilib. Polis əməkdaşlarının araşdırması nəticəsində meyitin Fatih Sertə məxsus olduğu məlum olub.

Hadisə yerində aparılan ilkin baxış zamanı mərhumun bədənində güllə yarası aşkarlanıb. Meyit ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.

Faktla bağlı genişmiqyaslı istintaq başladılıb. Hüquq-mühafizə orqanları hadisənin qətl olub-olmadığını və ölümün başvermə şəraitini araşdırır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 519   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife