Son xəbərlər
Son xəbərlər

Həyatını təhlükəyə atan piyada öldü - Anbaan video

Həyatını təhlükəyə atan piyada öldü - Anbaan videoDaxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi iyunun 6-sı Sabunçu rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

"Qafqazinfo" xəbər verir ki, piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan şəxsin hadisə yerində öldüyü bildirilib.

Heydər Əliyev prospektinin "Sabunçu körpüsü" adlanan ərazidən keçən hissəsindəki qəza zamanı piyadanın həyatını təhlükəyə atdığı məlum olub.

"Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər.

Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər", - qurumun müraciətində vurğulanıb.

Hadisə anının görüntülərini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 998   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife