Son xəbərlər
Son xəbərlər

"Paşinyanın seçkidə qalib gəlməsi sülh gündəliyinin növbəti mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT

"Paşinyanın seçkidə qalib gəlməsi sülh gündəliyinin növbəti mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT"Ermənistanda keçirilən seçkilər klassik mənada başa düşdüyümüz seçki prosesindən çıxaraq iki qütbün qarşılaşması fonunda baş tutdu. Bir tərəfdə Avropa meyilli siyasətçilər, digər tərəfdə isə Rusiyaya bağlı kəslərin ziddiyyətli açıqlamaları fonunda ciddi rəqabətin şahidi olduq. Seçki prosesi zamanı ciddi qanun pozuntuları da qeydə alındı, həbslərin şahidi olduq. Bu isə tərəflərin bir-birinə qarşı münasibətdə son dərəcə barışmaz mövqedə olduğunu göstərir. Nikol Paşinyan seçkiyə sülh şüarı ilə getmişdi. Platformasından belə başa düşülürdü ki, qonşularla münasibətləri yaxşılaşdırmaq yolunu tutub".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, təbii ki, seçkidən sonra atılan addımlar seçkiyə qədər müraciət edilən ritorikadan da, elə addımlardan da daha qəti olmalıdır:

"Çünki vaxt itirmədən icrası gözləyən layihələr var. Nikol Paşinyanın seçkidə qalib gəlməsi bundan sonra baş verəcək proseslərə təkan verəcək, çünki gözləmə mərhələsi bitdi. ABŞ ilə Ermənistan arasında ciddi sazişlər bağlanıb. Bu sazişlər üzrə TRIPP layihəsinin reallaşdırılması əsasdır.

Nikol Paşinyanın seçkidə qalib gəlməsi sülh gündəliyinin növbəti mərhələdə inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Əgər Paşinyan dəstək qazanıbsa, deməli erməni cəmiyyəti sülh gündəliyinə səs verib. Azərbaycan aydın mövqe ortaya qoyub, qonşu ölkələrlə qarşılıqlı hörmət və fayda əsasında münasibətlər qurulur.
Zəngəzur Dəhlizinin tərkib hissəsi olan TRIPP layihəsinin icra olunması gündəlikdə duran məsələlərdən biridir. Deməli, dəhlizlərin açılması ilə iki xalq arasında təmasların artması gözlənilir. Təbii ki, referendumun keçirilməsi əsas məsələdir. Sülh müqaviləsinin imzalanmasına tərəflər fokus olmalıdırlar. Odur ki, Ermənistanda referendum keçirildikdən sonra sülh müqaviləsinin imzalanması, diplomatik münasibətlərin yaranması, ikitərəfli münasibətlərin qurulması və sərhədlərin açılması baş tuta bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 532   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife