Son xəbərlər
Son xəbərlər

"Paşinyanın qarşısında duran əsas məsələ Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklərə əməl etməkdir" - DEPUTAT

"Paşinyanın qarşısında duran əsas məsələ Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklərə əməl etməkdir" - DEPUTAT"Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərindəki qələbəsi, Ermənistanda daxili siyasi proseslərin sabitləşməsi və Azərbaycan-Ermənistan sülhyaratma prosesinin yeni mərhələyə adlanmas yeni imkanlar yaradacaq".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, Nikol Paşinyanın qələbəsi həm də Cənubi Qafqazda əmin-amanlığın təmin eilməsi və kommunikasiyaların açılması, regional əməkdaşlığın inkişafı və sair bu kimi mühüm istiqamətlərdə də yeni addımlar atılması üçün də vacibdir. Ən önəmlisi isə bu qələbə Ermənistan cəmiyyətinin və ölkənin geosiyasi asılılığını daha da gücləndirə və iflasa apara bilən revanşizmə, yeni qarşıdurma və yeni müharibəyə, yoxsa sülh gündəliyinə üstünlük verməsi sualına aydınlıq gətirdi.

Bundan əlavə Paşinyanın qələbəsi Ermənistan-Rusiya arasındakı münasibətlərin yeni əsaslarda qurulması prosesini sürətləndirəcək. Ermənistan son illər Rusiyadan asılılığın azaldılması istiqamətində çox ciddi addımlar atmaqdadır. Amma yenə də Ermənistanın ölkənin ticarət və iqtisadiyyat, enerji sektoru, miqrasiya, pul köçürmələri və sair bu kimi əsas strateji sahələr üzrə Rusiyadan asılılığı yüksəkdir. Ona görə də Ermənistanın Rusiyadan qopma proses mərhələli şəkildə gedəcək".

Deputat vurğulayıb ki, Nikol Paşinyanın qələbəsi onun Ermənistanın Qərbə inteqrasiyasının dərinləşdirilməsi səylərini artması və bu istiqamətdə çox mühüm nəticələrin əldə edilməsi üçün də əlverişli şərait yaradacaq.

"Nikol Paşinyanın qələbəsi həm də ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmasında Azərbaycanla sülh və əməkdaşlıq üzrə nəzərdə tutulan tədbirlərin reallaşdırılması işini və Zəngəzur Dəhlizinin açılması istiqamətində daha tez, effektiv addımlar atılması prosesini sürətləndirəcək. Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, həm də Türkiyə ilə də münasibətlərin yaxşılaşması üçün münbit şərait yaradır. Ən önəmlisi isə bu qələbə Azərbaycan və Ermənistan arasında davamlı sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi kimi məsələlərin həlli sürətlənəcək.

Ermənistandakı parlament seçkiləri Azərbaycan üçün bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir.Bundan sonra Paşinyanın qarşısında duran əsas məsələ Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklərə əməl etməklə Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır. Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir. Nikol Paşinyanın, bu yeni qələbə ilə hakimiyyətdə qalması nəticəsində yaranan yeni imkanları fonunda həm Ermənistan,həm Azərbaycan,həm də bütövlükdə regionunun üçün perspektivli nətiələrə nail olmaqdan ötrü onun Azərbaycanın ərazi bütövlüyünün tanınması və sülh sazişinin bağlanması istiqamətində indiyədək səsləndirdiyi bəyanatların praktiki effekt verməklə gerçəkləşməsi istiqamətində fikirdə,sözdə və əməldə üst-üstə düşən real addımlar atmalıdır".

"Paşinyanın qarşısında duran əsas məsələ Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklərə əməl etməkdir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 649   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife