Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda hərəkətdə olan avtomobildən əlindəki silahı çölə çıxararaq irəliləyən sürücü ətrafdakı şəxslərin diqqətini çəkib.
Sonxeber.az türk mediasına istiadən xəbər verir ki, hadisə vətəndaşlardan birinin mobil telefon kamerası ilə qeydə alınıb.
Görüntülərin yayılmasından sonra hərəkətə keçən polis əməkdaşları şübhəlini qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırma zamanı 23 yaşlı sürücünün daşıdığı silahın oyuncaq olduğu müəyyən edilib.
Bununla belə, ictimai təhlükəsizliyi təhdid edən hərəkətlərə görə şübhəli barəsində müvafiq qanunvericiliyə uyğun olaraq adli prosedur başladılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Telegramda izləyin