Son xəbərlər
Son xəbərlər

Gecə yarısı soyğun: valyutadəyişmə məntəqəsindən minlərlə dollar oğurlandı - VİDEO

Gecə yarısı soyğun: valyutadəyişmə məntəqəsindən minlərlə dollar oğurlandı - VİDEOTürkiyənin Adana şəhərində üzlərini kapüşon və maska ilə gizlədən 4 nəfər bir valyutadəyişmə məntəqəsinə basqın edərək təxminən 16 min ABŞ dolları oğurlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, şübhəlilər cip markalı avtomobillə obyektin qoruyucu kepengini qıraraq içəri daxil olublar. Oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlayan polis əməkdaşları əməliyyat keçirərək şübhəlilərdən 3 nəfəri saxlayıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Basqında iştirak etdiyi bildirilən və hadisə yerindən qaçan avtomobil sürücüsünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı istintaq aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 523   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife