Türkiyənin Çeşmə bölgəsində Can Polatın qətli ilə bağlı aparılan istintaq çərçivəsində hadisəni törətməkdə təqsirləndirilən Serhat Altunun ifadəsi ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şübhəli ifadəsində sosial şəbəkədə yazdığı bir şərhdən sonra "Daltonlar" kimi tanınan cinayətkar qrupla əlaqə qurduğunu bildirib. Onun sözlərinə görə, qrupun əsas hədəfi iş adamı Engin Polat olub.
Serhat Altun bildirib ki, Engin Polatın hərəkətlərini həyat yoldaşı Dilan Polatın sosial şəbəkə hesabında paylaşdığı görüntülər vasitəsilə izləyib və onun qaldığı otelin yaxınlığında pusqu qurub.
Lakin oteldə Engin Polatı görə bilmədiyini deyən şübhəli, bundan sonra qrup üzvlərindən "Yaxınlığında kim varsa vur" göstərişi aldığını etiraf edib.
Altun ifadəsində hadisədən sonra Can Polatın öldüyünü mediadan öyrəndiyini bildirərək, "Can Polatın öldüyü barədə xəbərləri oxuyanda özümü pis hiss etdim" deyə qeyd edib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Telegramda izləyin