Son xəbərlər
Son xəbərlər

Tuneldə fövqəladə vəziyyət: qəza su basqınına səbəb oldu - VİDEO

Tuneldə fövqəladə vəziyyət: qəza su basqınına səbəb oldu - VİDEOTürkiyənin İstanbul şəhərində yerləşən Avrasiya Tunelində yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, hərəkətdə olan minik avtomobili tuneldəki yanğınsöndürmə panelinə çırpılıb.

Toqquşmanın təsiri nəticəsində yanğınsöndürmə sistemi zədələnərək partlayıb və güclü su axını tunelin bir hissəsini su altında qoyub.

Hadisədən sonra nəqliyyatın hərəkətində çətinliklər yaranıb. İstanbul Valiliyi tərəfindən yayılan açıqlamada təhlükəsizlik məqsədilə Avrasiya Tunelinin qısa müddətə bağlandığı bildirilib.

Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunub. Aidiyyəti qurumların əməkdaşları hadisə yerində bərpa işləri apararkən, tuneldə nəqliyyatın hərəkətinin ən qısa zamanda normallaşdırılması istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 516   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife