Son xəbərlər
Son xəbərlər

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıbAmerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb.

"ABŞ hökuməti müsadirə edilmiş "Era" və "Lileo" gəmilərini GMS təkrar emal şirkətinə satıb və hazırda hər iki nəqliyyat vasitəsi söküntü üçün Alanqa doğru hərəkət edir", - deyə portalın yaydığı məlumatda qeyd olunub.

Bununla yanaşı, vurğulanır ki, müsadirə olunan gəmilərin utilizasiyası prosesində müəyyən çətinliklər yaranıb. Məhkəmənin utilizasiyaya icazə verməsinə və ABŞ Maliyyə Nazirliyinin lazımi istisnalar tətbiq etməsinə baxmayaraq, banklar, sığorta şirkətləri və xidmət təminatçıları bu məsələdə əməkdaşlıq etməyə həvəssiz yanaşıblar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 302   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife