Son xəbərlər
Son xəbərlər

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə yalnız üç ölkə arasındakı hərbi əməkdaşlıq sənədi kimi yanaşmaq düzgün olmazdı. Bu saziş regionda İran-ABŞ qarşıdurmasının yaratdığı yeni təhlükəsizlik reallığının nəticəsidir. Məsələnin ən mühüm tərəfi ondan ibarətdir ki, tərəflərdən birinə qarşı silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcəyi bildirilir. Bu, xüsusilə Səudiyyə Ərəbistanının hazırkı vəziyyəti baxımından ciddi əhəmiyyət daşıyır. Çünki Ər-Riyad ABŞ-ın regiondakı əsas tərəfdaşlarından biridir və İran daha əvvəl Vaşinqtonun regional müttəfiqlərinin hərbi obyektlərinin də hədəfə çevrilə biləcəyinə dair xəbərdarlıqlar səsləndirib.

Deməli, əgər gələcəkdə İran tərəfindən Səudiyyə Ərəbistanının hər hansı hərbi obyektinə zərbə endirilərsə, məsələ artıq yalnız İran-Səudiyyə Ərəbistanı münasibətləri çərçivəsində qalmaya bilər. Belə bir hücum Məkkə sazişinin kollektiv müdafiə mexanizmini gündəmə gətirə və Türkiyə ilə Pakistanı da daha ciddi şəkildə prosesə cəlb edə bilər. Amma burada nəzərə almaq lazımdır ki, İran nə Pakistan, nə də Türkiyə üçün düşmən ölkə deyil." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, burada bir məqamı dəqiqləşdirmək lazımdır ki sazişin mövcudluğu avtomatik olaraq Türkiyə və Pakistanın dərhal İranla müharibəyə qoşulacağı anlamına gəlmir. Bunun üçün sənəddə nəzərdə tutulan konkret öhdəliklər və müdafiə mexanizmləri həlledici olacaq. Lakin siyasi mesaj kifayət qədər aydındır. Səudiyyə Ərəbistanına qarşı hərbi təzyiqin qiyməti artıq yalnız Ər-Riyad üçün deyil, onun yeni təhlükəsizlik tərəfdaşları üçün də məsələdir.

Burada Türkiyənin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir. Pakistanın iştirakı isə bu təhlükəsizlik formatına əlavə strateji çəki verir.

Əslində Məkkə sazişinin əsas məqsədi müharibəyə qoşulmaqdan daha çox, mümkün hücumların qarşısını almaq üçün çəkindirici mexanizm formalaşdırmaqdır. Çünki qarşı tərəf bilməlidir ki, bir dövlətə qarşı atılan hərbi addım daha geniş regional qarşıdurmaya səbəb ola bilər.

Bu baxımdan, Yaxın Şərqdə ən böyük təhlükə müharibənin özündən daha çox onun coğrafiyasının genişlənməsidir. "Hesab edirəm ki, İran-ABŞ qarşıdurmasının Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın təhlükəsizlik maraqlarına toxunması artıq regional güc balansını dəyişə bilər.
Ona görə də Məkkədə imzalanan sazişə diqqət yalnız bu günün hadisəsi kimi deyil, Yaxın Şərqdə yeni kollektiv təhlükəsizlik sisteminin formalaşmasına doğru atılan addım kimi yönəltmək lazımdır. Əsas məsələ isə bundan sonra tərəflərin bu sənəddə nəzərdə tutulan öhdəlikləri real böhran şəraitində necə tətbiq edəcəyidir." - deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 607   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife