Son xəbərlər
Son xəbərlər

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlibAğ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib.

"Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin Qrenlandiyada təhlükəsizlik və digər ehtiyaclara nəzarəti daimi olaraq həyata keçirməsinə imkan verən razılaşmanın Danimarka Krallığı və Qrenlandiya ilə əldə edildiyini məmnuniyyətlə bildirirəm", - deyə Tramp yazıb.

Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton Qrenlandiyanın və ABŞ-nin təhlükəsizliyini təmin etmək üçün adada "lazım olan hər şeyi" etmək imkanı əldə edib.

Trampın sözlərinə görə, razılaşma həmçinin Qrenlandiyada istənilən hərbi mövcudluğun və ya investisiyanın Vaşinqtonun "yazılı razılığı" ilə həyata keçirilməsini nəzərdə tutur.

"Biz dərhal Qrenlandiyanın müvafiq hissəsində genişmiqyaslı hərbi mövcudluğun yaradılması prosesinə başlayacağıq", - deyə ABŞ Prezidenti əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 147   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife