Son xəbərlər
Son xəbərlər

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyirAvropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxış edərkən deyib.

"Son günlər Çexiya Respublikasının Baş naziri Andrey Babiş və Polşanın Baş naziri Donald Tusk Avropada bizi hansı cəhənnəmin gözlədiyi ilə bağlı sərt açıqlamalar veriblər. Neft və qaz qiymətlərinə baxdıqda, onların həqiqətdən uzaq olmadığını görmək olar. Almaniya və Avstriyada yanacağın qiymətlərinə nəzər saldıqda, bizi ciddi problemlərin gözlədiyi aydın olur", - deyə Vuçiç bildirib.

Serbiya liderinin sözlərinə görə, görüşün keçirilməsinin səbəblərindən biri region ölkələrinin daha sıx iqtisadi inteqrasiyasına ehtiyacın olmasıdır.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" formatının yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, bu formata Avstriya, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Çexiya və Ukrayna daxildir. Bu format çərçivəsində ilk görüş sentyabrın 18-də İvano-Frankivsk vilayətinin Bukovel şəhərində başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 144   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife