Son xəbərlər
Son xəbərlər

Nobel mükafatının məbləği artırıldı

Nobel mükafatının məbləği artırıldıNobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir.

Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb.

Bəyanatda qeyd olunur ki, ilk Nobel mükafatlarının təqdim edildiyi 1901-ci ildə hər kateqoriya üzrə mükafatın məbləği 150 782 kron təşkil edib. Son 15 il ərzində mükafatın məbləğinə bir neçə dəfə yenidən baxılıb.

2012-ci ildə bu məbləğ 10 milyon krondan 8 milyon krona endirilmişdi. O vaxtdan bəri mükafatın məbləği üç dəfə artırılıb.

Builki Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək elan ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 181   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife