Son xəbərlər
Son xəbərlər

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilibRusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib.

Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb.

"Daha 15 ukraynalını Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən geri qaytarmaq mümkün olub. Onların arasında sərbəst şəkildə qayıda bilməyən yaşlı və ağır xəstə insanlar var. Geri qayıdanlardan ən yaşlısının 96 yaşı var", - Lubinets bildirib.

Mübadilə Ukrayna-Belarus sərhədindəki "Novaya Quta" sərhəd məntəqəsində baş tutub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 98   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife