Son xəbərlər
Son xəbərlər

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilərİran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib.

"ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa imkan verir", - o bildirib.

Generalın sözlərinə görə, hələ müqavilədən çıxmaq barədə qərar qəbul olunmayıb və bu məsələ Vaşinqtonun davranışından asılıdır:

"Vaşinqtonun müharibədən çıxmaq üçün şərtlərimizi qəbul etməsi onun xeyrinədir. Şərtlərimiz bunlardır: bütün cəbhələrdə müharibəyə son qoyulması, müsadirə edilmiş aktivlərimizin azad edilməsi və dəniz mühasirəsinin sonu".

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı təhdidləri heç bir nəticə verməyəcək və İran həlledici müharibəyə hazırdır.

"ABŞ ordusunun zəif cəhətlərini bilirik və hava hücumlarına qarşı durmağa keçmişdən daha çox hazırıq", - Rezai yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 108   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife